Papa Fransisk dünyanın münaqişə zonalarında sülh üçün dua edib
RƏBBİN MƏLƏYİ - ANGELUS
Müqəddəs Peter meydanı
Bazar, 9 fevral 2025
Əziz bacılar və qardaşlar,
Bayrama yekun vurmazdan əvvəl Silahlı Qüvvələrin, Polis və Təhlükəsizlik Qüvvələrinin bu yubiley ziyarətini həyata keçirən hamınızı salamlayıram. Hörmətli mülki hakimiyyət orqanlarına iştiraklarına görə, hərbi ordinarilərə və kapellanlara pastoral xidmətlərinə görə təşəkkür edirəm. Mən dünyanın bütün hərbi qulluqçularına salamlarımı çatdırıram və bununla bağlı Kilsənin təlimini xatırlamaq istəyirəm. İkinci Vatikan Şurası deyir: “Özünü ölkəsinin hərbi xidmətinə həsr edənlər də özlərini xalqların təhlükəsizliyi və azadlığı agentləri hesab etməlidirlər” (Gaudium et spes, 79). Bu silahlı xidmət yalnız qanuni müdafiə məqsədi ilə həyata keçirilməli, heç vaxt başqa xalqlar üzərində hökmranlıq yaratmamalı, münaqişə məsələlərinə dair beynəlxalq konvensiyalara hər zaman riayət etməli (Gaudium et spes, 79) və hər şeydən əvvəl, həyata və yaradılışa ehtiramla həyata keçirilməlidir.
Qardaşlar və bacılar, gəlin əzab çəkən Ukraynada, Fələstində, İsraildə və bütün Yaxın Şərqdə, Myanmada, Kivuda və Sudanda sülh üçün dua edək. Hər yerdə silahlar sussun, sülh istəyən xalqların fəryadı eşidilsin!
Duamızı Sülhün Mələkəsi Məryəmin şəfaətinə əmanət edək.