Pope Francis holds audience with Jubilee pilgrims at the Vatican.

Papa Fransisk: “Ümid etmək - Allaha üz tutmaqdır”

Ümidlə bağlı ikinci Yubiley Audiensiyasında Papa Fransisk İsada həyatının yeni istiqamətini və mənasını tapan “Həvarilərin Həvarisi” Məcdəli Məryəmin şəxsiyyətini önə çıxararaq, bizi məsihi çevrilməni ömürlük bir səyahət kimi qəbul etməyə dəvət edir.

YUBİLEY AUDİENSİYASI

Audiensiya zalı
Şənbə, 1 fevral 2025

Əziz bacılar və qardaşlar!

Yubiley insanlar üçün, Yer üzü üçün yeni başlanğıcdır; hər şeyin Allah arzusunda yenidən düşünülməli olduğu bir dövrdür. Və biz bilirik ki, “çevrilmə” sözü istiqamət dəyişikliyini göstərir. Hər şey, nəhayət, başqa rakursdan görünür və beləliklə, bizim addımlarımız da yeni hədəflərə doğru gedir. Heç vaxt məyus etməyən ümid belə yaranır. Bibliya bu barədə bir çox cəhətdən danışır. Bizim üçün də iman təcrübəsi həyatda dəyişə bilmiş və belə demək mümkünsə, Allahın arzularına girmiş insanlarla görüşlər vasitəsilə stimullaşdırılıb. Çünki dünyada çoxlu pislik olsa da, kimin fərqli olduğunu ayırd edə bilərik: onların, çox vaxt kiçikliklə üst-üstə düşən böyüklüyü bizi heyran edir.

Allahın mərhəmətilə sağalan Məcdəli Məryəm 

Buna görə Məcdəli Məryəmin İncillərdəki surəti  bütün başqalarından seçilir. İsa onu mərhəmətlə sağaltdı  (Lk 8, 2) və o dəyişdi: bacılar və qardaşlar, mərhəmət dəyişir, mərhəmət ürəyi dəyişir və Məcdəli Məryəm üçün mərhəmət onu Allahın arzularına gətirdi və həyat səyahətinə yeni məqsəd verdi.

Yəhyanın İncili onun Dirilmiş İsa ilə qarşılaşmasından bizi düşündürəcək şəkildə danışır. Məryəmin geri çevrilməsi bir neçə dəfə təkrarlanır. Müjdəçi sözlərini yaxşı seçir! Məryəm göz yaşları içində əvvəlcə məzarın içinə baxır, sonra dönür: Dirilən ölüm tərəfində deyil, həyatın tərəfindədir. O hər gün rastlaşdığımız insanlardan biri ilə səhv salına bilər. Sonra o, adının deyildiyini eşidəndə İncil deyir ki, Məryəm yenə dönür. Və onun ümidi belə böyüyür: indi qəbri görür, amma əvvəlki kimi deyil. O, göz yaşlarını qurudur, çünki o, öz adını eşitmişdir: yalnız Ustad bunu belə tələffüz edir. Köhnə dünya hələ də var olaraq görünür, amma artıq yoxdur. Müqəddəs Ruhun ürəyimizdə hərəkət etdiyini hiss etdikdə və Rəbbin bizi adla çağırdığını hiss etdikdə, Ustadın səsini necə ayırd edəcəyimizi bilirikmi?

“Məcdəli Məryəmin İncillərdəki surəti bütün başqalarından seçilir. İsa onu mərhəmətlə sağaltdı (Lk 8, 2) və o dəyişdi. Mərhəmət onu Allahın arzularına gətirdi və həyat səyahətinə yeni məqsəd verdi.”

Əziz bacılar və qardaşlar, biz ənənəyə görə “həvarilərin həvarisi” adlandırılan Məcdəli Məryəmdən ümid etməyi öyrənirik. İnsan bir dəfədən çox çevrilərək yeni dünyaya daxil olur. Səyahətimiz  - baxış bucağını dəyişməyə daimi dəvətdir. Dirilmiş Olan bizi addım-addım Öz dünyasına aparır, bir şərtlə ki, biz onsuz da hər şeyi bildiyimizi iddia etməyək.

“İnsan bir dəfədən çox çevrilərək yeni dünyaya daxil olur. Səyahətimiz - baxış bucağını dəyişməyə daimi dəvətdir. Dirilmiş Olan bizi addım-addım Öz dünyasına aparır, bir şərtlə ki, biz onsuz da hər şeyi bildiyimizi iddia etməyək.”

Hər şeyi fərqli görmək üçün dönmək

Gəlin bu gün özümüzə sual verək: mən hər şeyi fərqli, fərqli dünyagörüşü ilə görmək üçün necə dönəcəyimi bilirəmmi? Çevrilmək arzum varmı?

Həddindən artıq qürurlu eqo bizə Dirilmiş İsanı tanımağa mane olur. Biz ağlayanda və ümidsizliyə qapılanda belə, Ondan üz döndəririk. Keçmişin qaranlığına, bir məzarın boşluğuna baxmaq əvəzinə, Məcdəli Məryəmdən həyat olan tərəfə dönməyi öyrənirik.

Orada bizi Ustadımız gözləyir. Orada bizim adımız çəkilir. Çünki real həyatda bizim üçün həmişə və hər yerdə bir yer var. Sənin, mənim, hər kəsin yeri var. Heç kim onu ​​ala bilməz, çünki o, həmişə bizim üçün nəzərdə tutulub.  Sadə dildə deyildiyi kimi, yeri boş buraxmaq pisdir: “Bura mənim üçündür; mən getməsəm...”. Hər kəs belə deyə bilər: mənim yerim var, missiyam var! Bir düşünün: mənim yerim nədir? Rəbbin bizə verdiyi missiya nədir? Qoy bu düşüncə bizə həyata cəsarətli yanaşmağa kömək etsin. Təşəkkür edirəm.

01 fevral 2025, 15:00

Ən son Audiensiyalar

Həmçinin oxuyun >