Haqqımızda
“Vatican News” Müqəddəs Taxt-Tacın xəbər portalıdır. “Vatican Radio”, “L'Osservatore Romano” və “Vatican Media” ilə birlikdə bu xəbər portalı çağdaş dövrdə "Kilsə missiyasının tələblərinə hər zaman daha yaxşı cavab vermək" məqsədini daşıyır. “Vatican News” macərası 27 iyun 2015-ci ildə Papa Fransiskin “Motu Proprio”-su əsasında bugün Roma Kuriyasının Dikasteriyası olan Kommunikasiya üzrə Katibliyinin yaradılması ilə başladı.
Sadə rəqəmsal platforma olmaq anlayışından kənara çıxan “Vatican News” müxtəlif mədəniyyətlərdə “mərhəmət Müjdəsini bütün insanlara çatdırmaq” üçün kommunikasiyada baş verən daimi dəyişikliklərə cavab verməyi və müəyyən mənada onları qabaqlamağı hədəfləyir. “Vatican News” çoxdilli, çoxmədəniyyətli, çoxkanallı, multi-media və müxtəlif cihaz platformasında audio, video, mətn və şəkillər vasitəsilə rabitəni və qarşılıqlı əlaqəni təmin edir.
Dörd tematik sahələrdə, Papanın, Müqəddəs Taxt-Tacın və yerli Kilsələrin fəaliyyəti, habelə dünya xəbərləri ilə bağlı məlumatlar yer alır. “Vatican News” Vatikan Radiosunun dil proqramlarının əməliyyat strukturu üzərində qurulub. (Papa XI Pius-un xahişi ilə Guglielmo Markoni tərəfindən layihələndirilən və tikilən Vatikan Radiosu 1931-ci il fevralın 12-də yayıma başlayıb). “Vatican News” təkcə məlumatlandırmaq deyil, həm də bütün dünyaya iman ümidini gətirmək və faktları Incilin nurunda şərh etmək üçün açar təqdim etmək məqsədi daşıyır. Onun rəhbər meyarları “həvariçilik, missiya və çətinlik, yoxsulluq və sıxıntı vəziyyətlərinə xüsusi diqqət yetirməkdir” (Papa Fransiskin Kommunikasiya üzrə Katibliyin Baş Assambleyasına müraciəti, 4 may 2017-ci il).
Prefekt
Paolo Ruffini
Redaksiya Direktoru
Andrea Tornielli
Direktor müavinləri
Sergio Centofanti-Alessandro Gisotti
Menecer, Vatikan Radiosu – Vatican News
Massimiliano Menichetti
Daha çox qarşıdan gələn tədbirlər:
Papanın sözlərini hər evə çatdırmaqda bizə dəstək olun