Түгээмэл асуултууд
“Vatican News” nədir?
“Vatican News” Papa Fransisk, Müqəddəs Taxt-Tac, bütün dünyadakı Kilsə və beynəlxalq xəbərlər haqqında ən son xəbərləri tapa biləcəyiniz Vatikanın yeni məlumat portalıdır. “Vatican News” Facebook, Twitter, YouTube və Instagram kimi əsas sosial media platformalarında da mövcuddur.
“Vatican News” ilə bağlı texniki problemlər barədə kimə müraciət edə bilərəm?
“Vatican News” portalı ilə bağlı texniki problemləri bildirmək üçün aşağıdakı e-mail ünvanına məktub göndərin: info@vaticannews.va yaxud webmaster@vaticannews.va
“Vatican News” portalında dərc olunan materialdan istifadə edə bilərəmmi?
“Vatican News” portalında dərc olunan materialların istifadəsi ilə bağlı qaydalar və şərtlər haqqında məlumat üçün hüquqi bildirişlərə həsr olunan legal notices portal səhifəsinə müraciət edin.
Papa Fransiskin rəsmi çıxışlarını haradan əldə edə bilərəm?
Papa Fransiskin bütün rəsmi və tam çıxışları üçün Vatikanın Müqəddəs Ataya həsr olunmuş Vatican’s official website rəsmi saytına müraciət edin.
Papa tədbirlərinin tarixləri barədə necə məlumat ala bilərəm?
Papa Fransiskin başçılıq etdiyi tədbirlər haqqında məlumat üçün Vatikanın Liturgiya Tədbirləri Təqviminə həsr olunmuş Liturgical Celebrations rəsmi saytına daxil olun.
Papanın xeyir-duasını necə ala bilərəm?
Yazı üzərində Həvari xeyir-duasını almaq barədə məlumat üçün Papa Xeyriyyə Ofisinin(Elemosineria Apostolica) Office of Papal Charities saytına daxil olun.
Ümumi Audiensiyada necə iştirak edə bilərəm?
Papanın Ümumi Audiensiyasında iştirak etmək üçün biletlər pulsuzdur. Biletləri necə əldə etmək barədə məlumat üçün Prefecture of the Pontifical Household saytına müraciət edin.
Papa Fransiskə məktubla necə müraciət edə bilərəm?
Məktubunuzu aşağıdakı ünvana ünvanlaya bilərsiniz: His Holiness Pope Francis. Casa Santa Marta. 00120 Vatican City.
Papanın xeyriyyəçiliyinə necə ianə edə bilərəm?
Papanın xeyriyyə işləri “Müqəddəs Peterin Quruşu”-na (Obolo di San Pietro - Peter's Pence) həvalə edilib. Ümumdünya Kilsəsinin çoxsaylı ehtiyaclarını və ən çox ehtiyacı olanların xeyrinə həmrəylik təşəbbüslərini dəstəkləmək üçün bu link-a daxil olun.
Vatikan Muzeyləri və Vatikan Bağları haqqında məlumatı haradan tapa bilərəm?
Biletlər, rezervasiyalar, Vatikan Muzeylərinə, Vatikan Bağlarına və Castel Gandolfo Apostol Sarayına fərdi və bələdçi turları haqqında məlumat üçün Vatikan Muzeylərinə səfərlərə həsr olunmuş Vatican Museums səhifəsinə daxil olun.
Müqəddəs Peter Bazilikası saat neçədə açılır?
Müqəddəs Peter, Divarlardan-kənarda-olan Müqəddəs Pavel, Müqəddəs Lateran Yəhya və Müqəddəs Böyük Məryəm Papa bazilikaların açılış və bağlanma vaxtları, Müqəddəs Messa və Tövbə ayinlərinin vaxtları ilə bağlı məlumat üçün official Vatican website saytına daxil olun.
Vatikan sikkələrini və poçt markalarını haradan ala bilərəm?
Vatikanın numizmatika və filateliya məsələləri ilə bağlı məlumat üçün Vatikan Qubernatorluğunun Filateliya və Numizmatika Ofisinə həsr olunmuş Philatelic and Numismatic Office internet saytına müraciət edin.
Papa ilə olan fotoşəkilləri necə ala bilərəm?
Papa Fransisk ilə olan ictimai tədbirlərin fotoşəkillərini almaq və sifariş etmək üçün Vatikan Media Fotoqrafiya Xidmətinin Vatican Media Photographic Service internet saytına daxil olun.
Vatikanda veb-kameralar varmı?
Bəli. Vatikan Dövləti daxilindəki əhəmiyyətli yerlərdən bəzilərinə real vaxt rejimində baxmaq üçün Vatikan Qubernatorluğunun Webcam page səhifəsinə daxil olun.
Daha çox qarşıdan gələn tədbirlər:
Papanın sözlərini hər evə çatdırmaqda bizə dəstək olun