Axtar

FILE PHOTO: Illustration shows words "Artificial Intelligence AI\

Papa süni intellekt haqqında: Məsuliyyət əsasdır

Papa Fransisk CEPROME və Yetkinlik yaşına çatmayanların müdafiəsi üzrə Pontifik Komissiyası tərəfindən təşkil edilən Dördüncü Latın Amerikası Konfransına müraciətində “Süni intellekt və cinsi istismarın qarşısının alınması üçün yeni çağırış” mövzusunda ​​məsuliyyətə və vicdana çağırır.

Deborah Castellano Lubov tərəfindən


Süni intellektdən istifadə edərkən və ya onu dizayn edərkən, məsuliyyətimizi unutmamalıyıq...
Roma Papası Fransisk fevralın 25-dən 27-dək Perunun paytaxtı Limada keçirilən “Süni intellekt və cinsi istismarın qarşısının alınması üçün yeni çağırış” mövzusunda CEPROME və Yetkinlik yaşına çatmayanların müdafiəsi üzrə Pontifik Komissiyası tərəfindən təşkil edilən Dördüncü Latın Amerikası Konfransının iştirakçılarına müraciətində bunu vurğulayıb.
Yanvarın 13-də imzaladığı məktubda Papa Konqresdə iştirak edənlərin hamısına qoşulmaq istədiyini bildirib. “Mən Allaha dua edirəm ki, bu bəlanın cəmiyyətdən silinməsinə yönəlmiş bütün səyləri dəstəkləsin və xüsusən də sizin irəli sürdüyünüz təşəbbüsə və onun gətirəcəyi bəhrələrə xeyir-dua versin”, - Papa məktubunda vurğulayıb.

“Mən Allaha dua edirəm ki, bu bəlanın cəmiyyətdən silinməsinə yönəlmiş bütün səyləri dəstəkləsin və xüsusən də sizin irəli sürdüyünüz təşəbbüsə və onun gətirəcəyi bəhrələrə xeyir-dua versin”

AI internetdə inqilab edir

"Süni intellekt" mövzusunu seçdiklərini xatırladaraq, Papa, Sİ-in "sunami kimi" "internetin daim dəyişən reallıqlarında inqilab etdiyini" vurğulayıb.
O deyib ki, "yaşlı bir keşiş üçün bu mövzuların texniki komponentlərini başa düşmək çətin ola bilər və “web” adlandırdığımız bu paralel kainatdakı hər bir irəliləyişdən xəbərdar olmaq çətindir". "Lakin həqiqət - Böyük H ilə olan Həqiqət - İsa Məsih", Papa məktubunda davam edir, "həmişə aktual qalacaq və buna görə də özünü yeni kimi təqdim edən hər hansı bir mövzu üzərində düşünmək üçün etibarlı olacaq."

“"Lakin həqiqət - Böyük H ilə olan Həqiqət - İsa Məsih həmişə aktual qalacaq və buna görə də özünü yeni kimi təqdim edən hər hansı bir mövzu üzərində düşünmək üçün etibarlı olacaq."”

Papa bildirib ki, Süni İntellektlə bağlı ortaya çıxa biləcək və müzakirələrdə mütləq sistemli şəkildə nəzərdən keçiriləcək bir çox məsələlər arasında “məsuliyyət” məsələsinə də ehtiyac var.

Məsuliyyət "bizim" olaraq qalır

O qeyd edir ki, Süni İntellektdə  “yeni səviyyəyə çatmış cəzasızlıq” var, çünki o “sadəcə uyğun olmayan materiala baxmaq, onu ötürmək və ya toplamaqdan kənara çıxaraq “yeni”, sintetik məzmun yaratmağa keçir”.
“Bu materialların öz əllərimizlə istehsal edilməməsi faktı, - Papa qeyd edir, "bir insana hücum etmək, şəklini oğurlamaq, başqasının konseptindən və ya ideyasından istifadə etmək və ya məxfi qalmalı olan intim sahələri ictimayyətləşdirmək kimi biabırçı hərəkətləri edənlərin biz olmadığımıza dair yanlış illüziyasını yarada bilər."
“Ancaq bu doğru deyil,” Papa bizə xatırlatmaqla davam edir: “Maşın əmrlərimizə əməl edir; O, onları həyata keçirir, lakin özbaşına qərarlar qəbul etmir – əgər bunu etmək üçün proqramlaşdırılmayıbsa”.
Papa süni intellektin risklərindən xəbərdar olmağımızı güclü avtomobil idarə edərkən yaranan risklərlə müqayisə etdi.
O, texnologiyadan istifadənin, güclü avtomobildə olarkən "qaz pedalına basmağımız" və ya "əks zolağa çıxmağımız" kimi zərər verə biləcək risklərlə müşayiət olunduğunu deyir.

Müqəddəs Yazılar bizə yol göstərə bilər


Papa Fransisk vurğulayır ki, həm bu cür texnologiyanın istifadəçiləri, həm də “onun təhlükəsizliyini təmin etməli olan” dizaynerləri, öz çərçivələrində" məsuliyyət daşımalıdırlar".
Müqəddəs Ata deyir ki, bu mənada, Müqəddəs Yazılar bu çətinliklərə cavab verməkdə bizə bələdçi olar bilər.
Birincisi, bu, “artıq vurulan zərər haqda məlumatlandırmanın səviyyəsini qaldırmaq üçün Allahın və Allaha fəryad edən qurbanların səsinə imkan yaratmaqla” və, “ikincisi”, “texnologiyadan vicdanımızı rahatlaşdırmaq üçün bəhanə kimi istifadə etmənin yanlışlığını ifşa etməklə”, “fərdləri, texnologiya tərtibatçılarını və hakim dairələri ondan istifadənin aydın, konkret və cinayətin qarşısını almaq üçün açıq-aydın qaydalar yaratmağa çağırmaqla” edilə bilər.
Papa Fransisk müraciətini İsanın Konqres iştirakçılarına xeyir-dua verməsi, Məryəmin onlara kömək etməsi üçün dua edərək və iştirakçılardan onun üçün dua etməyi xahiş edərək yekunlaşdırdı.

 

26 fevral 2025, 11:32