Axtar

Pope Francis hospitalized at Gemelli hospital in Rome

Papanın səhhəti kritik, lakin stabil olaraq qalır

Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin çərşənbə axşamı günü axşam verdiyi yeni bəyanata əsasən, Papa Fransiskdə kəskin tənəffüs halları müşahidə olunmayıb və onun hemodinamik göstəriciləri sabit qalır. Bununla belə, proqnoz ehtiyyatla təmkinli olaraq qalır.
 

Müqəddəs Atada kəskin tənəffüs halları müşahidə olunmayıb və onun hemodinamik göstəriciləri sabit qalır. Bununla belə, proqnoz ehtiyyatla təmkinli olaraq qalır. Axşam o, ikiqat pnevmaniyanı radioloji olaraq izləmək üçün planlaşdırılmış KT müayinəsindən keçib. Səhər Papa Yevxaristiyanı qəbul etdikdən sonra yenidən iş fəaliyyətinə başladı. 

Papa Fransiskin səhhəti ilə bağlı yeni xəbər Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti tərəfindən 25 fevral 2025-ci ildə dərc edilib.

Fevralın 14-də bronxit xəstəliyi səbəbindən Romadakı Agostino Cemelli xəstəxanasına yerləşdirildikdən sonra Papanın səhhəti ilə bağlı gündə iki dəfə verilən açıqlamalar imanlıları məlumatlandırmaq məqsədini daşıyır.

Hal-hazırda Müqəddəs Ata ikiqat pnevmaniyadan müalicə olunur və keçən həftə müayinə zamanı Papada yüngül böyrək çatışmazlığı əlamətləri aşkar olundu və nəzarətə alındı.
Bazar ertəsi axşam edilən açıqlamada, Papanın vəziyyətinin ağırlığına baxmayaraq bir qədər yaxşılaşdığı qeyd edildi. “Astma kimi tənəffüs çətinliyi halları baş verməyib və bəzi laboratoriya testləri müəyyən irəlləyiş göstərir. Onun yüngül böyrək çatışmazlığının monitorinqi heç bir narahatlıq yaratmayıb. Oksigen terapiyası davam edir, lakin oksigen axını və səviyyəsi bir qədər azaldılıb”.

Bəyanatda deyilir ki, həkimlər “klinik mənzərənin mürəkkəbliyini nəzərə alaraq” “ehtiyatlı” proqnoz verirlər.

 

 

26 fevral 2025, 09:57