Axtar

A 7.7 magnitude earthquake hits Myanmar, tremors felt in neighboring Thailand

Papa Asiyada baş verən zəlzələ qurbanları üçün dua edir

Papa Fransisk dağıdıcı zəlzələdən zərər çəkən Myanma və Tailand xalqlarına yaxınlığını ifadə edib və onlar üçün dua etdiyini bildirib. Dağıntının miqyası hələlik qiymətləndirilməyib və ölənlərin sayı artmaqda davam edir.

Françeska Merlo tərəfindən

Roma Papası Fransisk, cümə günü 7,7 bal gücündə zəlzələdən zərər çəkən Myanma və Tailand xalqına yaxın olduğunu bildirib. Cümə günü göndərdiyi teleqramda Papa insan itkisindən və geniş dağıntılardan kədərləndiyini bildirib.

Papa zəlzələ nəticəsində həlak olanların ruhuna bütün qəlbi ilə dualar etdiyini və bu faciədən əziyyət çəkənlərin hamısına yaxın olduğunu söyləyib.  

Papa həmçinin bütün fövqəladə hallar işçilrəri üçün dua edib ki, onlar “yaralılara və köçkünlərə qayğı göstərmək üçün Allah tərəfindən mətanət və əzm ənamları ilə dəstəklənsinlər”.

Ağır humanitar vəziyyət

Yardım qurumları ağır humanitar vəziyyəti və ehtiyacları qiymətləndirmək çalışır. Rixter şkalası üzrə 7,7 bal gücündə olan zəlzələ yerli vaxtla günorta saatlarında (GMT 06:00) baş verib və daha sonra 4,5-6,6 bal gücündə dörd afterşok olub.

Vəziyyət ağır olaraq qalır və dəymiş ziyanın həcmi hələ də bəlli deyil. Hərbi xuntanın nəzarəti altında olan Myanma uzun müddətdir ki, rabitə və informasiya əldə etmək problemlərindən əziyyət çəkir.

Ölənlərin sayı hələ təsdiqlənməsə də, ölkədəki xilasedicilər itkilərin böyük ehtimalla yüzlərlə olacağını əsas gətirərək, dəymiş ziyanı "böyük" adlandırıblar.

Neypyidodaki böyük bir xəstəxana "kütləvi tələfat bölgəsi" elan edilib, yüzlərlə yaralı binanın xaricində müalicə olunur. Myanma hökuməti bildirib ki, qana yüksək tələbat ən çox zərər çəkmiş bölgələrdədir.

Təbii fəlakətlə əlaqədar altı rayonda fövqəladə vəziyyət elan edilib. İnternetdə binalara və infrastruktura dəyən böyük ziyanı əks etdirən şəkillər, o cümlədən böyük körpünün uçması videosu yayılır. Zəlzələnin təsirinin dəqiq miqyası qeyri-müəyyən olaraq qalır, lakin humanitar itkilərin böyük olduğu aydındır.

Taylanddaki fəsadlar

Zəlzələ qonşu Taylandda da hiss olunub. Banqkokda tikintisi başa çatmamış hündürmərtəbəli binanın uçması nəticəsində 3 inşaat işçisi həlak olub, onlarla insan yaralanıb.

Taylandın baş nazirinin müavini dağıntılar altında 81 nəfərin qaldığını bildirib. Banqkok da fəlakət bölgəsi elan edilib.

Vəziyyət artıq qeyri-sabitdir

Böhran Myanmanın artıq kütləvi köçkünlüklə üzləşdiyi, üç milyondan çox insanın məcburi köçkün olduğu və əhalinin üçdə birindən çoxunun təcili humanitar yardıma ehtiyacı olduğu bir vaxta təsadüf edir.

Zəlzələnin episentri Myanmanın mərkəzi, cari münaqişənin getdiyi bölgədədir. Zəlzələnin fəsadları yardımın çatdırılmasını daha da çətinləşdirəcək.

Çin mediası xəbər verir ki, zəlzələ Yunynan və Sıçuan əyalətlərində də hiss olunub, Myanmanın şimalı ilə sərhəddə yerləşən Ruili şəhərində xəsarətlərə və evlərin zədələnməsinə səbəb olub. Kamboca, Banqladeş və Hindistanda da yeraltı təkanlar qeydə alınıb.

Faciənin baş verdiyi zaman edilən dualar

Papa Fransiskin və dünyanın hər yerindən imanlıların etdiyi duaları səsləndiyi zamanda beynəlxalq ictimaiyyət gələn xəbərləri diqqətlə izləyir. Yerli və humanitar səylər faciənin miqyasını minimuma endirməyə və mümkün qədər çox insanın həyatını xilas etməyə yönəlib.  

 

28 mart 2025, 15:34