Axtar

Pope Francis continues treatment at Gemelli Hospital in Rome

Roma Papası Cemelli xəstəxanasında daha bir rahat gecə keçirib

Çərşənbə günü səhər saatlarında Papanın səhhəti ilə bağlı yenilənmiş açıqlamada, Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti Papa Fransiskin ikitərəfli pnevmoniyadan müalicə aldığı Romanın Cemelli xəstəxanasında rahat bir gecə keçirdiyini və bu səhər saat 8-dən bir qədər sonra oyandığını bildirib.

“Vatican News” tərəfindən

Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin çərşənbə günü səhər dərc etdiyi açıqlamasına əsasən, Papa Fransisk gecəni yaxşı yatıb və bu səhər saat 8-dən bir qədər sonra oyanıb.

Roma Papası ikitərəfli pnevmoniyadan Romanın Cemelli xəstəxanasında müalicə alır. Onun ümumi klinik vəziyyəti ürək, böyrək və qan göstəriciləri də daxil olmaqla stabil olaraq qalır.

Çərşənbə axşamı gününün axşamı Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti, Müqəddəs Atanın səhhəti ilə bağlı açıqlamasında Papanın klinik vəziyyətinin gün ərzində sabit qaldığını və tənəffüs çatışmazlığı və ya bronxospazm hallarının yaşamadığını qeyd etdi.

Üstəlik, qeyd edilir ki, Papanın hərarəti yoxdur, o ayıqdır və həkimlərlə müalicə zamanı əməkdaşlıq edir.

Çərşənbə axşamı səhər o, yüksək axınlı oksigen terapiyasından və tənəffüs fizioterapiyasından keçib.

Çərşənbə axşamı günü, o planlaşdırıldığı kimi, çərşənbə səhərinə qədər qeyri-invaziv mexaniki ventilyasiyaya davam edib və səhhəti ilə proqnozlar “ehtiyyatlı” olaraq qalır.

Mətbuat Xidməti onu da əlavə edib ki, Papa gün ərzində dua edib, dincəlib və Yevxaristiyanı qəbul edib.  

 

 

05 mart 2025, 09:38