Axtar

2019.01.29 Aborto, feto, embrione, vita, interruzione gravidanza

Papa: "Doğulmamış uşaq səsi olmayan hər bir insanı təmsil edir"

Roma Papası Fransisk İtaliyanın “Həyat naminə Hərəkatı”-nın zəvvərlarına müraciət göndərib və xristianları, səsi olmayan hər bir insanı təmsil edən doğulmamış körpələrin tərəfini tutmağa çağırıb.

 

Devid Uotkins tərəfindən

Romanın Cemelli xəstəxanasında ikitərəfli pnevmoniyadan müalicə alarkən Papa Fransisk İtaliyanın “Həyat naminə Hərəkatı”-nın təşkil etdiyi zəvvarlıq səfərinin iştirakçılarına müraciət göndərib.

Şənbə günü, Müqəddəs Peter Bazilikasında toplaşan zəvvarlara müraciəti Papanın adından Dövlət Katibi kardinal Pietro Parolin oxuyib.

Papa Fransisk: "Qadınlara, onların qonaqpərvərlik, səxavət və cəsarət qabiliyyətinə etibar etməyə davam edin. Qadınlar bütün mülki və kilsə cəmiyyətinin dəstəyinə arxalanmalıdırlar.”

O, müasir cəmiyyətin “sahibçilik, fəaliyyət, istehsal və görünüş” ilə qadınlara göstərdiyi təzyiqlərdən təəssüfləndiyini bildirib. Papa əlavə edib ki, Kilsə insan şəxsiyyətinin ləyaqətini təbliğ etməklə və dünyanın gözündə ən zəif olanlara üstünlük verməklə cəmiyyətin bu  təzyiqlərinə qarşı durmağa çalışır.

“Papa Fransisk: "Doğulmamış uşaq, tam mənada, sayılmayan, səsi olmayan hər bir kişi və qadını təmsil edir. Onların tərəfini tutmaq dünyanın bütün rədd edilmişləri ilə həmrəy olmaq deməkdir."”

Papa Fransisk xristianları, qadınları “uşaqlarını dünyaya gətirməməyə məcbur edən təzyiqlərdən” azad edən “sevgi sivilizasiyasını” inkişaf etdirməyə çağırıb. O, doğulmamış uşaqları "bizdən biri" kimi tanımaq üçün "qəlbin baxışına" ehtiyac olduğunu söyləyib.

Papa daha sonra 1975-ci ildə yaradılan, çətin hamiləlik keçirən və ya abort etmək üçün təzyiqə məruz qalan qadınlara yardım edən bir neçə mərkəzə rəhbərlik edən İtaliyanın “Həyat naminə Hərəkatı”-nın fəaliyyətini tərifləyib. “Onların fəaliyyəti açıqlıq, sevgi və əzmlə həqiqəti mərhəmətlə sıx birləşdirərək həyat mədəniyyətinin formalaşmasını təşviq edir.”, -deyə Papa müraciətində vurğulayıb. Hərəkatın 50 illik yubileyi münasibətilə Papa Fransisk, həyatı təşviq etmək istəyənlərin hamısını “analığın sosial müdafiəsini və onun bütün mərhələlərində insan həyatının qəbulunu təşviq etməyə” çağırıb.

““Bu yarım əsrdə bəzi ideoloji qərəzliklər zəifləsə də və gənclərin yaradılışa qayğıkeşliyi artsa da, təəssüflər olsun ki, rəddetmə mədəniyyəti də yayılıb””

Roma Papası hər kəsi özünü insan həyatına, xüsusən də onun ən kövrək və həssas olduğu vaxtda, xidmət etmək üçün həsr etməyə çağırıb.

Papa: “Həyat müqəddəsdir, Allah tərəfindən böyük və gözəl bir tale üçün yaradılmışdır. Ədalətli cəmiyyət arzuolunmaz uşaqları, artıq özünü təmin edə bilməyən qocaları və ya ölümcül xəstələri rədd etməklə  qurulmaz”.

Sonda Papa Fransisk dua etdi ki, Müqəddəs Məryəmin şəfaəti həyatı təbliğ edənlərin üzərində olsun və onlardan onun üçün və səhhəti üçün dua etmələrini xahiş etdi.

08 mart 2025, 15:40