Axtar

Destruction in the Gaza Strip ahead of Israeli expected ground invasion

Papa Fransisk: Müharibə absurddur

Roma Papası Fransiskin İtaliyanın gündəlik "Corriere della Sera" qəzetinin baş redaktoru Luçano Fontana-ya, onun Papanın xəstəliyi zamanı göndərdiyi dəstək mesajına cavab olaraq yazdığı məktubu dərc edirik. Məktubda Papa Fontanadan sülh və tərksilah çağırışını yeniləməyi və gücləndirməyi xahiş edir.

 

Hörmətli Baş redaktor,

Müharibənin daha da absurd göründüyü bu xəstəlik zamanında mənə yaxınlığınızı ifadə edən sözlərinizə görə sizə təşəkkür etmək istəyirəm. İnsan kövrəkliyi bizə nəyin davam etdiyini və nəyin keçdiyini, nəyin həyat gətirdiyini və nəyin öldürdüyünü aydın etmək gücünə malikdir. Bəlkə də bu səbəbdən biz tez-tez məhdudiyyətləri inkar etməyə və kövrək və yaralı insanlardan qaçmağa meylliyik: onlar həm fərdlər, həm də cəmiyyət olaraq bizim seçdiyimiz istiqaməti şübhə altına almaq gücünə malikdirlər.

Mən sizi və öz işini və intellektini, dünyamızı real vaxt rejimində birləşdirən kommunikasiya vasitələri ilə məlumatlandırmaya həsr edənlərin hamısını sözlərin nə qədər əhəmiyyətli olduğunu hiss etməyə çağırmaq istərdim. Sözlər heç vaxt sadəcə söz olaraq qalmır: onlar insan mühitini formalaşdıran faktlardır. Onlar birləşdirə və ya bölə bilər, həqiqətə xidmət etmək və ya başqa məqsədlər üçün istifadə edilə bilərlər. Biz sözləri tərksilah etməliyik ki, zehnlər və Yer kürəsi tərksilah olunsun. Düşünməyə, sakitliyə və mürəkkəbliyi dərk etməyə böyük ehtiyacımız var.

Müharibənin münaqişələrin həlli yollarını təklif etmədən yalnız cəmiyyətləri və ətraf mühiti məhv etdiyi zamanda, diplomatiyanın və beynəlxalq təşkilatların yeni həyat gücünə və nüfuza ehtiyacı var. Üstəlik, dinlər, xalqların mənəvi dəyərlərinə müraciət edərək,  qardaşlıq və ədalət arzusunu, sülh ümidini canlandıra bilər.

Bütün bunlar fədakarlıq, əmək, səssizlik və söz tələb edir.  Gəlin Səmavi Lütfün ruhlandırmağa və müşayiət etməyə davam edəcəyi bu səydə birliyimizi hiss edək.

Fransisk,

Roma, Cemelli xəstəxanası, 14 mart 2025 il

18 mart 2025, 08:32