Papa gecəni rahat keçirib
“Vatican News” tərəfindən
Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti bazar ertəsi səhər bəyanat yayaraq Papanın müalicəsi ilə bağlı yenilikləri təqdim edib.
"Papa gecəni rahat keçirib və dincəlir", - bəyanatda deyilir.
Bazar günü, Mətbuat Xidməti Papanın xəstəxanadakı otağından video bağlantı vasitəsilə Roma Kuriyasının ruhani məşğələlərini izlədiyini söylədi.
Məşğələlər bazar günü günortadan sonra VI Paul zalında başladı və Papa Sarayının vaizi ata Roberto Pazolini, OFM tərəfindən aparılıb.
Papa terapiyasını, həmçinin tənəffüs və motor fizioterapiyasını davam etdirib. O indi bərk qidaları daxil edən xüsusi pəhrizə keçib.
Şənbə günü axşam tibbi bülletendə deyildiyi kimi, onun vəziyyəti stabil görünür, cüzi şəkildə tədricən yaxşılaşır. Bununla belə, ümumi vəziyyət mürəkkəb olaraq qalır və həkimlərin proqnozu yenə də “ehtiyyatlı” olaraq qalır.
Papanın klinik vəziyyətinin stabil olması səbəbindən bazar günü dərc edilmədiyi üçün tibbi bülletenin bazar ertəsi axşam buraxılacağı gözlənilir.