Papa: Küllər bizi reallığa qaytarır
Cozef Tallok tərəfindən
Küllər "bizdə nə olduğumuzun xatirəsini canlandırır", həm də "nə olacağımıza dair ümidi yeniləyir".
Roma Papası Fransisk müq. Sabina bazilikasında keçirilən builki Kül Çərşənbəsi liturgiyası üçün moizəsini belə başladı.
Papa hazırda ikitərəfli pnevmoniya səbəbindən xəstəxanada olduğu üçün onun moizəsini Apostol Penitensiariyasının Böyük Penitensiarı kardinal Ancelo De Donatis oxuyub.
Moizəni səsləndirməzdən əvvəl toplaşanlara mürəciət edən kardinal De Donatis mərasimdə iştirak edənləri Papa Fransiskin söylədiyi sözləri dinləməyə dəvət etdi və dedi: "Biz bu anda Papa ilə dərin birlik hiss edirik və duasını, çəkdiyi əzabları bütün Kilsənin və bütün dünyanın rifahı üçün təqdim etdiyinə görə ona təşəkkür edirik."
İnsan kövrəkliyi
Papa diqqətini külün qoyulmasının bizə özümüzlə bağlı daha dərin reallıqları necə xatırlatdığına yönəltməklə başladı.
Papa deyir ki, bu kövrəklik müxtəlif şəkillərdə özünü göstərir: yorğunluq, zəiflik, qorxular, uğursuzluqlar, puç olmuş xəyallar, xəstəlik, yoxsulluq, əzab və əlbəttə ki, ölüm.
“Biz bəzən bu reallıqlardan qaçmağa çalışsaq da”, Papa Fransisk davam edir, külün başımıza səpilməsi “bizə kim olduğumuzu xatırladır”.
“Bu, bizim üçün yaxşıdır”, - deyə Papa vurğulayır, “narsissizmin qarşısını almağa kömək edir və bizi "daha təvazökar və bir-birimiz üçün əlçatan" edərək reallığa qaytarır.
Bizim ümidimiz
Papa Fransisk deyir ki, küllər bizə kövrəkliyimizi xatırlatsa da, nikbin olmağımızın səbəblərini də xatırladır.
Papa Fransisk deyir ki, bu ümid vacibdir, çünki onsuz biz “insani halımızın kövrəkliyinə passiv şəkildə dözmək” və öz ölümümüz qarşısında “kədər və boşluğa qərq olmaq” riskini daşıyırıq.
Papa Fransisk moizəsini “bütün qəlbimizlə Allaha qayıdaq” çağırışı ilə bitirdi.