Papa tənəffüs çatışmazlığı hallarından sonra gecəni yaxşı yatıb
“Vatican News” tərəfindən
Çərşənbə axşamı səhər Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətindən bildiriblər ki, “Papa bütün gecəni yatıb və indi dincəlməyə davam edir”.
Papa fevralın 14-dən Romanın Cemelli xəstəxanasında ikitərəfli pnevmoniyadan müalicə alır.
Bazar ertəsi axşam Mətbuat Xidməti tərəfindən, Papa Fransiskin-in "endobronxial selikin əhəmiyyətli dərəcədə yığılması və bronxospazm nəticəsində yaranan iki kəskin tənəffüs çatışmazlığından" əziyyət çəkdiyi bildirildi.
Hər iki hallara səbəb olan selik yığılmasını aradan qaldırmaq üçün bronkoskopiya aparıldı.
“[Bazar ertəsi] günortadan sonra qeyri-invaziv mexaniki ventilyasiya bərpa edildi. Müqəddəs Ata hər zaman ayıq şüurda olub və həkimlərlə əməkdaşlıq edib”, - deyə Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti qeyd edib.
Papanın qan testləri onun ağ qan hüceyrələrinin sayının yüksəlmədiyini göstərir və bu, yeni tənəffüs yoluxucu infeksiyanın olmadığının göstəricisidir.
Onun klinik vəziyyəti mürəkkəb olaraq qalır və tənəffüs sisteminin növbəti krizisi mümkün olaraq qalır.
Papanın həkimləri onun səhhəti ilə bağlı proqnozun “ehtiyyatlı” olduğunu bildiriblər.