Kardinal Reyna: “Özümüzü çobansız qalmış quzular kimi hiss edirik”
“Vatican News” tərəfindən
Papa Fransiskin ruhuna keçirilən doqquz günlük Messaların (“Novemdiales” Messaları) üçüncüsü bazar ertəsi, günortadan sonra Müqəddəs Peter Bazilikasında, kardinal Baldassare Reynanın başçılığı ilə keçirilib.
Yaralanmış dünyada çobansız qalan quzular
Roma Yeparxiyasının Kardinal General Vikarisi vəzinə, dünyanın bütün imanlıları ilə birlikdə yepiskoplarının vəfatı ilə bağlı yas tutan, həm də özünü “çobansız quzular” kimi hiss edən Roma sakinlərinin ortaq kədərini etiraf etməklə başladı.
Onun sözlərinə görə, “çobansız qalmış sürü” metaforası bu günlərdə yaşanan hissləri ümumiləşdirərək ifadə edir, eyni zamanda, İsanı mərhəmət göstərməyə sövq edən izdiham kimi böhranlarla dolu bir dünyada tərk edilmiş və lidersiz görünən bəşəriyyətin indiki vəziyyətini əks etdirir.
Həyat və xeyirxahlıq ölümə və şərə qalib gəlir
Kardinal Reyna həvarilərin, yorulmaz fəaliyyətinə və yorğunluğuna baxmayaraq, toxunma, mərhəmət və mühakimə etməyən sözlər kimi sadə jestlərlə ifadə olunan ümid və əməli məhəbbət əlamətlərini, həyatın və xeyirxahlığın ölüm və şər üzərindəki qələbəsinin əlamətlərini yaralanmış dünyaya gətirməyə necə çalışdıqlarını xatırladı. O qeyd etdi ki, bu həvari ruhu Papa Fransiskin xidmətində öz əksini tapıb: Pasxa günündə son xeyir-duası ilə tükənən bir fədakarın həyatı.
Qıtlıq dövründə səpin müstəsna iman tələb edir
Bununla belə, Kardinal Reyna xəbərdar etdi ki, indi nostalji və ya qorxu ilə geri çəkilmə vaxtı deyil. Əksinə, Kilsə radikal sədaqətə çağırılır - keçmiş əminliklərdən və ya dünyəvi ittifaqlardan yapışmaq vəsvəsəsinə təslim olmadan yeni səmanı və yeni yeri üzünü qəbul etməyə çağırılır.
Onun fikrincə, həqiqi sədaqət eyni zamanda Papa Fransisk tərəfindən başlanan islahatların ruhunu dərk etmək və onları cəsarətlə davam etdirmək, qorxuya və dünyəvi kompromislərə müqavimət göstərən, İncil şəfqətinə və birliyinə əsaslanan liderliyi axtarmaq deməkdir.
Yəhyanın İncilinə müraciət edərək, kardinal Reyna, bəhrə vermək üçün ölməli olan buğda toxumunun məsəlində Məsihin ölümünün və Onun xilasedici Dirilməsinin təsviri üzərində dayandı. Onun sözlərinə görə, Məsihin ardınca xristianlar da yeni həyat naminə torpağa əkilməyə, gizlədilməyə və fədakarcasına başqalarına həsr edilməyə hazır olan “toxumlara” çevrilməlidirlər. Məzmurçunun təsvir etdiyi kimi, qıtlıq dövründə əkmək, hətta ümidsiz görünən bir etibar aktında son ehtiyatları təqdim etmək hərəkəti ilə ifadə olunan müstəsna iman tələb edir.
Papa Fransiskin qoyduğu yola davam etmək
Kardinal, Papa Fransiskin son ictimai hərəkətlərini ölüm anında belə toxum səpməklə müqaisə etdi. Onun son “əkini” quzuları üçün canını verən Yaxşı Çoban İsanın missiyasının canlı sübutu idi.
Sonda, Kardinal Reyna, Kilsənin mərhum pastorunun qoyduğu yolda davam edərkən onu müşayiət etmək və qorumaq üçün Romanın Himayədarı olan Müqəddəs Məryəmin şəfaətinə müraciət etdi və imanlılara ölümün son deyil, dirilmə tarlası olduğunu xatırlatdı.