Axtar

2025.04.12 Papa Francesco Santa Maria Maggiore

Papa Müqəddəs Həftə ərəfəsində “Santa Maria Maggiore” - Müqəddəs Məryəm kilsəsində dua edib

Papa Fransisk Müqəddəs Həftənin başlaması ərəfəsində Məryəm Ananın “Salus Populi Romani” təsvirinə ehtiram etmək üçün “Santa Maria Maggiore” - Müqəddəs Məryəm Bazilikasını ziyarət edib.

“Vatican News” tərəfindən

Şənbə günü günortadan sonra, Palma Rəbb günü ərəfəsində və Müqəddəs Həftənin başlanğıcında Papa Fransisk Romanın “Santa Maria Maggiore”  - Müqəddəs Məryəm  Bazilikasını ziyarət etdi.

Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətindən verilən açıqlamaya görə, Papa Məryəm Ananın “Salus Populi Romani” ikonasının qarşısında dua etmək üçün bazilikaya daxil olub.

Müqəddəs Atanın “Salus Populi Romani” (Romanın Qoruyucusu) təsvirinə bağlılığı hamıya məlumdur. Üç həftə əvvəl, Romanın Cemelli xəstəxanasından buraxıldıqdan sonra Vatikandakı “Casa Santa Marta” (Müqəddəs Martanın Evi) iqamətgahına qayıdarkən Papa bazilikanın yanında qısa müddətə dayanmışdı. Müqəddəs Ata “Salus Populi Romani” ikonasının önünə qoyulması üçün bazilikanın koadyüter-baş keşişi, kardinal Rolandas Makriskasa bir buket çiçək vermişdi.

Uzun illərin sədaqəti

Şənbə ziyarəti Papanın Məryəm Ananın ikonasına ehtiram etmək üçün “Santa Maria Maggiore” bazilikasına 126-cı ziyarəti oldu. Seçildiyi gün, 2013-cü ilin martın 14-dən Papa, hər apostol səfərindən əvvəl və sonra “Salus Populi Romani” ikonası qarşısında dua etməyi bir qaydaya çevirib.

Papa Fransiskin bazilikaya ən son səfəri 14 dekabr 2024-cü ildə baş tutdu. O zaman Müqəddəs Ata, “Aralıq dənizi hövzəsində dindarlıq” mövzusunda keçirilən Konqresə yekun vurmaq üçün Korsikanın Ayaçço şəhərinə edəcəyi 47-ci apostol səfərindən əvvəl dua etmişdir.

12 aprel 2025, 18:00