Axtar

FILE PHOTO: Pope Francis leads inter-religious prayer for peace at the Colosseum in Rome

Papa Fransisk və Romanın Baş Ravvini Pasxa bayramı münasibətilə bir-birilərini təbrik ediblər

Pasxa bayramı münasibətilə Papa Fransisk və Romanın Baş Ravvini Rikardo Di Senyi bir-birilərinə qarşılıqlı xoş arzuları ifadə edən təbriklər göndəriblər. Bu, qardaşlıq dialoqu və dinlərarası dostluq ənənəsinin davamıdır.

“Vatican News” tərəfindən

Müqəddəs Cümə axşamı günü Papa Fransisk Rabbi Rikardo Di Senyiyə ünvanladığı mesajında, 5785-ci ilin Yəhudi Pasxası — Pesaxa hazırlaşan Roma Yəhudi icmasına təbriklərini çatdırıb.

“Pesax bayramı yaxınlaşdıqca,” Papa yazır, “sizə və sevimli Roma Yəhudi İcmasına ən səmimi və qardaş salamlarımı çatdırmaq istəyirəm. Bu bayram Uca Allahın sevimli xalqını köləlikdən necə xilas etdiyini və onları Vəd edilmiş Torpağa necə apardığını xatırladır. Qoy əbədi və mərhəmətli Allah bu gün də sizinlə olsun və icmanızı Öz xeyir-duasının bolluğu ilə müşayiət etsin. Qo Allah sonsuz mərhəməti ilə sizi həmişə qorusun.”

Müqəddəs Ata məktubunu şəxsi bir xahişlə tamamladı: “Mənim üçün dua etməyə davam etməyinizi xahiş edirəm, mən də Sizin üçün dua etdiyimə Sizi əmin edirəm. Qoy Allah dostluğumuzu daha da güclü etsin. Xaq sameax!”

Cavab məktubunda Rabbi Rikardo Di Senyi xristian Pasxası münasibətilə qarşılıqlı təbriklərini çatdırıb: “Pasxa bayramlarımızın bu il eyni vaxta təsadüf etməsi münasibətilə Sizə ən səmimi salamlarımı göndərirəm,” – deyə o yazıb. “Xüsusilə sağlamlığınızla bağlı xoş diləklərimi çatdırıram, qoy səhhətiniz daha da yaxşılaşsın. Qoy Rəbb icmalarımıza xeyir-dua versin və hətta hazırda üzləşdiyimiz çətin anlarda belə dostluğumuzu möhkəmləndirsin.”

18 aprel 2025, 15:15