Axtar

Papa,Ceneri mostrano false nostre presunzioni di autosufficienza

Kardinal De Donatis Kül Çərşənbəsi Liturgiyasına başçılıq edəcək

Roma Papası Fransisk Romanın Cemelli xəstəxanasında ikitərəfli pnevmoniyadan müalicə aldığı üçün, ənənəvi olaraq Aventin təpəsində keçirilən Kül Çərşənbəsi liturgiyasına Apostol Penitensiarıyasının Böyük Penitensiarı kardinal Ancelo De Donatis başçılıq edəcək.

 

Debora Kastellano Lubov tərəfindən

Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti cümə günü məlumat verdi ki, Apostol Penitensiarıyasının Böyük Penitensiarı kardinal Ancelo De Donatis martın 5-də ənənəvi olaraq Aventin təpəsində keçirilən Kül Çərşənbəsi liturgiyasına başçılıq edəcək.

Müq. XXIII İoann tərəfindən bərpa edilmiş qədim Roma ənənəsinə sadiq qalaraq, Papa adətən müq. Anselmo kilsəsində "stasionar" Kül Çərşənbəsi liturgiyasına başlayır və sonra Aventin təpəsindəki müq. Sabina bazilikasına tövbə yürüşünə başçılıq edir və həmin bazilikada Müqəddəs Məssanı keçirir.

Papa Fransisk ikitərəfli pnevmoniyadan müalicə almaq üçün Romanın Cemelli xəstəxanasında olduğundan, o, builki mərasimə onun yerinə başçılıq etməyi kardinala həvalə edib.
Pontifik Liturgiyalarının Mərasimlər rəhbəri arxiyepiskop Covanni Dieqo Ravelli tərəfindən verilən məlumata görə, Kül Çərşənbəsinin qeyd edilməsi müq. Anselmo kilsəsində, saat 16:30-da "stasionar liturgiya" ilə başlayacaq, sonra isə müq. Sabina kilsəsinə tövbə yürüşü baş tutacaq.  

Yürüşdə kardinallar, arxiyepiskoplar, yepiskoplar, müq. Anselmo kilsəsinin Benediktin rahibləri, müq. Sabina kilsəsinin Dominikan ataları və bəzi imanlılar iştirak edəcək. Yürüşün sonunda, müq. Sabina bazilikasında, xeyir-dua və külün qoyulması ayinləri daxil olmaqla, Müqəddəs Messa keçiriləcək.
Arxiyepiskop Ravelli qeyd etdi ki, mərasimdə iştirak etmək istəyən kardinallar, arxiyepiskoplar, yepiskoplar, Benediktin rahibləri və Dominikan atalarından xahiş olunur ki, mərasimə uyğun geyimdə, saat 16:00-a qədər müq. Anselmo kilsəsində olsunlar.

28 fevral 2025, 14:33