Axtar

2020.03.27 momento straordinario di preghiera pandemia_Statio Orbis

Boş müq. Peter Meydanı və Dünya ilə həmrəy olan Papa

Baş redaktorumuz Andrea Tornielli, Papa Fransiskin 27 mart 2020-ci ildə Covid-19 pandemiyasının qızğın vaxtında tarixi “Statio Orbis” duasının beşinci ildönümü haqqında düşüncələrini paylaşıb.

 

Andrea Tornielli tərəfindən

Papa Fransiskin Müqəddəs Peter Bazilikasının pilləkənlərini təkbaşına qalxmasından beş il keçir. Həmin axşam yağış yağırdı.

Meydan dramatik şəkildə boş idi, baxmayaraq ki, uzun müddətli karantinin “lock-down”-u ilə evlərdə kilidlənib qalan, bir çox insanı qurban kimi  xəstəxanaların reanimasiya şöbələrinə aparan, qohumlarının onları görməsinə, salamlamasına və ya hətta onlar üçün dəfn mərasimi təşkil etməsinə imkan  verməyən gözə görünməz bir virusa görə qorxu və dəhşətə qərq olmuş milyonlarla insanın diqqəti o Meydanda idi, onlar televiziya ekranlarından ayrılmırdı.

O jestlə, o dua ilə və Müqəddəs Marta Evinin ibadətgahında keçirilən gündəlik Messa ilə Peterin Xələfi özünü hər kəsə yaxın etdi. Papa meydanın boşluğunda, Əqdəs Ənamlarla verdiyi xeyir-duada, erkən yaz axşamının sərt havasına görə sanki göz yaşı axıdan Çarmıxa Çəkilmişin ayaqlarını öpməklə hamını qucaqlamışdır.  

"Mən insanlarla təmasda idim və bir an belə tək deyildim", - Papa daha sonra xatırlayır. Çaşqın dünya üçün dua edən tək, lakin yalqız olmayan: Bu, onun papalığını ifadə edən güclü, unudulmaz bir mənzərə idi.

Həmin gün Papa Fransisk Allaha müraciət edərək dedi: " Sən bizi bu sınaq vaxtından seçim vaxtı kimi istifadə etməyə çağırırsan. Bu, Sənin məhkəmənin zamanı deyil, bizim məhkəməmizin zamanıdır: nəyin vacib, nəyin keçici olduğunu seçmək zamanıdır, lazım olanı lazım olmayandan ayırmaq zamanıdır. Rəbbim, bu, həyatımızı Sənə və başqalarına münasibətdə yoluna qoymağın zamanıdır".  Sonrakı aylarda Papa təkrar edəcək: "böhran bizi heç vaxt əvvəlki kimi qalmağa qoymaz, heç vaxt. Biz böhrandan ya daha yaxşı, ya da daha pis çıxırıq".

Beş ildən sonra ətrafa nəzər salanda, aclıqla mübarizə aparmaq əvəzinə diqqətini yenidən silahlanmaya kökləmiş hərb ağalarının zorakılığından sarsılan dünya ilə daha yaxşı çıxdığımızı iddia etmək mümkün deyil.

Karantin artıq bitib və indi vəziyyət tərsinə dönüb: həmin Meydan Yubileyi qeyd edən insanlarla doludur, lakin Müqəddəs Marta Evindəki otağından bizim üçün dua edən Roma Yepiskopu aramızda yoxdur, çünki o ağır pnevmoniyadan müalicəsini alır.  

Bununla belə, əlaqəmiz qırılmayıb və Papanın o gün söylədiyi sözlər həmişəkindən daha aktualdır. Hətta bu gün. Xüsusən də bu gün: “nəyin vacib, nəyin keçici olduğunu seçmək zamanıdır”.

27 mart 2025, 11:27