Axtar

2025.03.14 Santa Messa per il 12° anniversario Elezione Papa Francesco

Kardinal Parolin: Papa üçün dua edin və sülhü axtarın

Dövlət Katibi kardinal Pietro Parolin Müqəddəs Taxt-tacda akkreditə olunmuş diplomatik korpusun üzvləri üçün Müqəddəs Messa ayinini keçirib, Papa Fransiskin pontifikliyinin  ildönümünü xatırlayaraq hər kəsi onun sağlamlığı üçün dua etməyə dəvət edib.

 

Devin Uotkins tərəfindən

Səfirlər və Müqəddəs Taxt-tacda akkreditə olunmuş diplomatik korpusun üzvləri Papa Fransiskə görə dua etmək məqsədilə xahiş etdikləri Müqəddəs Messada iştirak etmək üçün cümə günü səhər Apostol Sarayının Paulin Kapellasına toplaşıblar.

Vatikanın Dövlət Katibi Kardinal Pietro Parolin ibadətə başçılıq edib və birlikdə dua etmək fikrini irəli sürənlərə təşəkkürü bildirib.

"Biz bu səhər Müqəddəs Atanın sağlamlığına qovuşması və tezliklə sağalıb aramıza qayıtması üçün dua etməyə toplaşmışıq" – kardinal Parolin.

Kardinal Parolin daha sonra duanın mahiyyəti və məqsədi haqqında düşüncələrini paylaşaraq dedi ki, dua Allaha Onun artıq bildiyi istəklərimizi bildirməkdən daha çox qəlblərimizi Allaha açmaq məqsədini daşıyır.

“Dua - Rəbbin ürəyini açan açardır, çünki o bizim ürəyimizi Onun sözünü dinləmək üçün açır.” – Kardinal Parolin

Səmavi Padşahlığa daxil olmaq üçün tələb olunan salehlik haqqında olan günün İncilinə müraciət edən kardinal Parolin qeyd etdi ki, İsa, biz razılaşmasaq belə, qonşularımızı sevməyin vacibliyini vurğulayır.

İsa şagirdlərinə dedi ki, hətta başqasına qəzəblənənlər də mühakimə olunacaqlar.

“"Müharibələr döyüş meydanında başlamır. Onlar insanın qəlbində, başqalarına qarşı bəslədiyimiz nifrət və düşmənçilik hisslərindən doğulur…Diplomatiya müharibənin başlanmasının qarşısını almağa çalışsa da, sülh bizdən dilimizi tərksilah etməyi və başqaları ilə münasibətlərimizdə Allahın iradəsini axtarmağı tələb edir.” – kardinal Parolin”

Kardinal Parolin diplomatlara İsanın biz ibadətlərə başlamazdan əvvəl barışıq axtarmağa dəvətini xatırlatdı.

“Buna görə də sədəqə bütün digər öhdəliklərdən, o cümlədən ibadətlərdən üstündür. Buna görə də barışmaq öhdəliyi qurbangahda qurban gətirməzdən əvvəl gəlir”, - deyərək Dövlət Katibi vurğulayıb.  

O, Papa Fransiskin xristianlara “münasibətlərdə həmişə üç sözdən istifadə etmək” məsləhətini xatırladıb: “Xahiş edirəm”, “üzr istəyirəm” və “təşəkkür edirəm”.

Kardinalın dediyinə görə, bu ifadələr, qarşıdurmadan xeyirxahlığa və xoş niyyətə doğru radikal bir hərəkətdən xəbər verir.

Sonda Dövlət Katibi qeyd etdi ki, Allah bizdən heç vaxt qeyri-mümkün işi yerinə yetirməyi tələb etmir, əksinə, bizə həmişə Onun Sözünü yerinə yetirmək üçün lütf verir.

"Rəbbin sözü ilə təmizlənib, Müqəddəs Atanın sağlamlığı üçün duamız yeni güc qazanır və bütün yaxşılıqları bəxş Edənə inamla yüksəlir."

14 mart 2025, 18:43