Axtar

2025.03.03 Presidente della Lituania Gitanas NausÄ da

Dövlət katibi kardinal Parolin Litva prezidentini qəbul edib

Vatikanın Dövlət katibi kardinal Pietro Parolin Romada ölkəsinin milli Yubiley zəvvarlığı səfərində iştirak edən Litva prezidenti Gitanas Nauseda-nı qəbul edib və Ukraynada sülhün bərqərar olması perspektivlərini, eləcə də xristianlığın Litva cəmiyyətinə verdiyi töhfəni müzakirə edib.

 

Debora Kastellano Lubov tərəfindən

Dövlət katibi kardinal Pietro Parolin bazar ertəsi günü Vatikanda Litva Respublikasının prezidenti Gitanas Nauseda-nı qəbul edib.
Milli Yubiley zəvvarlığı səfərində iştirak etmək üçün Romaya səfər edən Litva prezidenti ilə görüşdə Vatikanın dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi, arxiyepiskop Pol Riçard Qallaher də iştirak edib.
Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətindən verilən açıqlamaya görə, Dövlət Katibliyində keçirilən səmimi müzakirələr zamanı “xristian inancının Litva cəmiyyətinə müsbət töhfəsi vurğulanaraq yaxşı və səmərəli ikitərəfli münasibətlərdən məmnunluq ifadə edilib”.
“Tərəflər, Ukraynada sülhün bərqərar olması perspektivlərinə xüsusi diqqət yetirməklə, regional və beynəlxalq xarakterli məsələləri müzakirə ediblər”.

04 mart 2025, 11:57