Axtar

Rosary prayer for Pope Francis Pope Francis

Kardinal Prevost: Gəlin Papanı Məryəmə etibar edək

Ardıcıl olaraq səkkizinci gecədir ki, imanlılar Papa Fransisk üçün “Rozari” duasını etmək üçün Müqəddəs Peter meydanına toplaşırlar.

 

“Vatican News” tərəfindən

"Gəlin Müqəddəs Ata Fransiskin sağlamlığı üçün Kilsənin Anası Məryəm ilə duada birlikdə qalaq": bunu bazar ertəsi axşamı Müqəddəs Peter meydanında Papa Fransisk üçün “Rozari” duasına başçılıq edən Yepiskoplar üzrə Dikasteriyanın prefekti kardinal Robert Prevost deyib.

Papa Fransisk bronxit diaqnozu ilə fevralın 14-dən xəstəxanaya yerləşdirilib. Daha sonra Papada ikitərəfli pnevmoniya inkişaf edib.

Papa bir neçə gün xəstəxanada qaldıqdan sonra, Vatikan Vikariatı Romada olan kardinalların imanlıların duasına başçılıq etməsi ilə Papanın sağlamlığı üçün müntəzəm axşam “Rozari” duasına başladı.

Papanın sağlamlığı üçün səkkizinci dua toplantısı olan  bazar ertəsi “Rozarisində” - Kardinal Prevost, "Müqəddəs Ümidin Anası Məryəmin, onun köməyinə müraciət edənlərin hamısına yardım etdiyini, onlara dirçəliş və təsəlli verdiyini" vurğulayıb.

Hər gecə saat 21:00-da keçirilən dua toplantısı, Müqəddəs Peter Bazilikasına aparan kandarda yerləşdirilmiş “Kilsənin Anası Məryəm” surətinin qarşısında keçirilir. Kardinallar, yepiskoplar, keşişlər, rahib və rahibələr və yüzlərlə imanlı hər gecə Papa Fransiskin sağalmasını Müqəddəs Məryəmin şəfaətinə həvalə etmək üçün buraya gəlirlər.

Bazar ertəsi, kardinal Prevost, “Rozari” duasının “Sevincli Sirrlər” üzərində düşünən imanlılara başçılıq edib. “Rozari” duasının sonunda, İtaliyada adət edildiyi kimi, Loreto Litaniyası oxundu. Kardinal daha sonra Allahdan Müqəddəs Ruhu göndərməyi xahiş etdi ki, “zəifliyimizdə bizə kömək etsin ki, biz imanda qalaraq məhəbbətdə böyüyək və mübarək ümidimizin məqsədinə doğru birlikdə addımlaya bilək”.

Dua mərasimi, ənənəvi "pro Pontifice nostro" ("Papamız üçün") duası ilə və kardinalın bütün iştirak edənlərə xeyir-duası ilə başa çatdı.

Papa üçün dua

V. Gəlin Papamız Fransisk üçün dua edək

R. Qoy Rəbb onu qorusun, ona həyat versin və yer üzündə onu mübarək etsin və onu düşmənlərinin iradəsinə təslim etməsin.

“Atamız”, “Salam, mübarək Məryəm”.

Ey Allah, bütün sadiqlərin çobanı və hökmdarı, Kilsənin başına onun çobanı kimi təyin etdiyin qulun Fransiska sevgi ilə nəzər et; dua edirik ki, o, kəlamı və nümunəsi ilə rəhbərlik etdiyi insanlara xidmət etsin, onun himayəsində olan sürü ilə birlikdə əbədi həyata daxil ola bilsin.

Bunu Səninlə və Müqəddəs Ruhla birlikdə əbədi olaraq yaşayan və padşahlıq edən, Oğlun Rəbbimiz İsa Məsihin vasitəsilə Səndən diləyirik. Amin.

04 mart 2025, 12:46