Papa Fransisk: qoy Sülh Şahzadəsi İsa onlara sülh gətirsin!
RƏBBİN MƏLƏYİ - ANGELUS
Müqəddəs Peter Meydanı
Bazar ertəsi, 6 yanvar 2025
Əziz bacılar və qardaşlar, Rəbbin Zühuru bayramınız mübarək!
Bu gün kilsə İsa Məsihin təzahürünü qeyd edir və İncil İsa Məsihə səcdə etmək üçün uzun bir səyahətin sonunda Yerusəlimə gələn Müdriklərə diqqət yetirir.
Diqqətlə baxsaq, bir az qəribə olan bir halı kəşf edə bilər: Bu müdrik adamlar İsanı tapmaq üçün uzaqdan gəldikləri halda, yaxınlıqdakılar Betlehemdəki mağaraya doğru bir da addım belə atmadılar. Ulduzun cəlb etdiyi və rəhbərlik etdiyi Müdriklər böyük xərclər çəkir, vaxtlarını ayırır, o dövrlərdə heç vaxt çatışmazlığı olmayan bir çox risk və qeyri-müəyyənlikləri qəbul edirlər. Bununla belə, onlar Padşah Məsihi görmək üçün hər çətinliyin öhdəsindən gəlirlər. Çünki onlar bilirlər ki, bəşər tarixində bənzəri olmayan bir hadisə baş verib və onlar bu hadisəni əldən vermək istəmirlər. İçlərində bir ilham var idi və onlar onun ardınca getdilər.
Bunun əvəzində Yerusəlimdə yaşayanlar, ən xoşbəxt və ən cəld olmalı halda hərəkətsiz qalırlar. Kahinlər və ilahiyyatçılar Müqəddəs Yazıları düzgün təfsir edir və Müdriklərə Məsihi harada tapacaqlarına dair istiqamət verirlər, lakin onlar “masalarından” qalxmırlar. Onlar sahib olduqları ilə kifayətlənirlər və axtarmırlar; Onlar hesab etmirlər ki, Yerusəlimi tərk etmək üçün səy göstərməyə dəyər.
Qardaşlar və bacılar, bu fakt bizi düşündürür və müəyyən mənada təhrik edir, çünki belə bir sual ortaya çıxır: Bugün biz, həmçinin mən, hansı kateqoriyaya aidik? Biz o gecə mağaraya tələsən çobanlaramı yoxsa insan olan Allahın Oğlunu axtarmaq üçün inamla yola çıxan şərqli Müdriklərəmi daha çox bənzəyirik? Yoxsa biz daha çox qəlblərinin və həyatlarının qapılarını açmayan, cismani olaraq Ona çox yaxın olsalar da, qapalı və İsanın varlığına laqeyd qalanlaramı bənzəyirik? Gəlin bu sualı özümüzə verək. Mən hansı qrupa aidəm? Bir hekayəyə görə, dördüncü Padşah (Müdrik) Yerusəlimə gec, İsa çarmıxa çəkilərkən gəlib çatır. Bu hekayə tarixi olmasa da gözəl hekayədir. Dördüncü Müdrik ona görə gec çatır ki, o, ehtiyacı olanlara kömək etmək üçün yolda dayanır, onlara İsa üçün gətirdiyi qiymətli hədiyyələri verir. Nəhayət, bir qoca gəlib ona deyir: “Doğrusunu, doğrusunu deyirəm: ən kiçik qardaşın üçün nə etmisənsə, mənim üçün də etmisən”. Rəbb başqaları üçün etdiyimiz hər şeyi bilir.
Gəlin Xanımımız Məryəm Anadan bizə kömək etməsini xahiş edək ki, çobanları və Müdrikləri təqlid edərək İsanı yaxınımızda, yoxsulda, Yevxaristiyada, tərk edilmişdə, qardaşımızda, bacımızda tanıyaq.
“Rəbbin mələyi” duasından sonra
Əziz bacılar, qardaşlar!
Rəbbin Zühuru bayramı Uşaqlar üçün Ümumdünya Missiya Günüdür. Bu ilki mövzu: “Gedin və hamını ziyafətə dəvət edin!” sözləridir. Mən bütün dünyada missioner uşaqları və gəncləri salamlayıram və onları digər qitələrdəki həmyaşıdları ilə dua etməyə və həmrəy olmağa çağırıram.
Sabah Müqəddəs Milad bayramını qeyd edəcək şərqdəki dini icmalara ən səmimi arzularımı çatdırmaqdan məmnunam. Onu da deyim ki, davam edən münaqişədən əziyyət çəkənlər üçün xüsusi şəkildə dua edirəm. Qoy Sülh Şahzadəsi İsa onların hamısına sülh və əmin-amanlıq gətirsin!
Bu il Amelia şəhəri və ona bitişik kəndlərə, onların bəşəri və dini dəyərlərinə həsr olunmuş tarixi-folklor tamaşada iştirak edənləri salamlayıram. Təşəkkür edirəm!
Gəlin əzab çəkən Ukraynada, Fələstində, İsraildə, müharibə vəziyyətində olan bütün ölkələrdə və Myanmada sülh üçün dua etməyi unutmayaq.
Mən Massafra imanlılarını, “Tra Noi” (“Bizim aramızda”) Hərəkatının gənclərini, Karovilinin “Tarix və Ənənənin Dostları”nı və “Soriano nel Cimino” xorunu salamlayıram. Həmçinin, Polşada keçirilən möhtəşəm “Müdriklərin yürüşü” iştirakçılarını salamlayıram; Bu təşəbbüslə onlar Varşavanın və bir çox Polşa şəhərlərinin, hətta xaricdə, hətta burada, Romada kilsə və küçələrində imana şəhadət edirlər! Bütün polyak imanlılarını salamlayıram.
Hər kəsə xoş Rəbbin Zühuru bayramını arzulayıram. Mənim üçün dua etməyə davam edin. Naharınızdan zövq alın və "arrivederci"!